DünyaXƏBƏRLƏR

Sepah – Düşmənlər qarşısında İran xalqının alınmaz qalası

Bu gün 1392-ci hicri şəmsi ili ordibeheşt ayının 2-si, yəni 22 Apr. 2013-cü il, İran İslam Respublikasının banisi-İmam Xomeyni(r.ə)-in İslam İnqilabı Keşikçiləri Korpusunun təşkili ilə bağlı tarixi fərmanının ildönümü günüdür.

1978-ci ildə İslam İnqilabının qələbə çalmasının ilk günlərində İmam Xomeyni(r.ə)-in fərmanı əsasında İslami İranın qeyrətli və inqilabçı gəncləri, ürəyi İslam İnqilabı yolunda yananlar bir araya gələrək, müqəddəs İslam İnqilabı Keşikçiləri Korpusunu təsis etdilər. Bir müddət sonra İmam Xomeyni(r.ə.) 1358-ci il ordibeheşt ayında İnqilab Şurasına ünvanlanmış bir fərmanda İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmən təsis edilməsini elan etdi və İnqilab Şurası da İslam İnqilabı Keşikçiləri Korpusunun Komandanlıq Şurasını təsis etməklə bu yeni qurumun təşkili istiqamətində addım atmış oldu.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ilk bildirişində bu qurumun vəzifələri, hərbi-təhlükəsizlik məsələləri, əks-inqilabçı qüvvələrlə mübarizə, daxili və xarici hücumlar qarşısında müdafiə, ordu qüvvələri ilə əməkdaşlıq və ahəngdarlıq, Sepah üçün kadrların yetişdirilməsi, onlara əxlaq, ideologiya, siyasi və hərbi baxımdan təlimlərin keçirilməsi əsas hədəflər olaraq elan olundu.

Sepah-ın təşkil edilməsində məqsəd, İslam İnqilabının ali məqsədlərinə xidmət etmək, islam quruluşunu qorumaq və İslam İnqilabını müdafiə etməkdir.

İslam İnqilabı Keşikçiləri Korpusu İranda İslam Respublikası Quruluşunun formalaşdığı 34 il ərzində ölkənin bütün sahələrində güclü və qüdrətli iştiraka malik olub. Sepah İran xalqı üçün alınmaz qalaya çevrilib. Düşmənlərin fitnələrini zərərsizləşdirməkdə, müxtəlif təhdidləri önləməkdə öz iqtidarını nümayiş etdirib. Belə ki, istər dostlar, istər düşmənlər Sepah-ın qüdrətini etiraf edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu