İranXƏBƏRLƏR

Əli Əkbər Salehi İranın Atom Enerjisi Təşkilatının rəhbəri təyin edildi

Əli Əkbər Salehi İran prezidenti Həsən Ruhaninin hökmü ilə prezident müavini və İranın Atom Enerjisi Təşkilatının sədri təyin edilib.

Əli Əkbər Salehi onuncu dövlətdə xarici işlər naziri postuna rəhbərlik etməzdən öncə bu təşkilatın rəhbəri vəzifəsində çalışıb. Salehi 1997-2005-ci illərdə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi olub. Həmçinin, 2007-2009-cu illərdə İslam Konfransı Təşkilatının baş katibi müavini olub. 2008-2009-cu ildə isə İranın Atom Enerjisi Təşkilatının sədri vəzifəsində çalışıb.
Salehi 1949-cu ildə Kərbəlada anadan olub. 1989-cu ildə Beyrutda Amerikan Universitetində təhsil almağa başlayır və 3 il sonra mexanika mühəndisliyi fakültəsinin məzunu olur. O, 1958-ci ildə Amerikanın MİT Universitetindən PHD dərəcəsini alır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu