SuriyaXƏBƏRLƏR

Suriyada terrorçular nəhs planları üçün uşaqlardan istifadə edirlər

Suriyadakı silahı terrorçular özlərinin nəhs planlarını reallaşdırmaq üçün suriyalı uşaqlardan istifadə edirlər.

Suriyanın Dövlət Televiziyasının verdiyi məlumata görə Suriyadakı silahlı terrorçular suriyalı uşaqları cəzb edib, onlara silah və sursatdan istifadəni təlim keçməklə, bu uşaqlardan özlərinin nəhs hədəflərini gerçəkləşdirmək məqsədilə istifadə edirlər.

İngiltərədə yayımlanan Daily Telegraf qəzeti özünün internet saytında bir suriyalı 8 yaşlı uşağın təsvirini yayımlayıbdır ki, məktəbə getmək yerinə iki terrorçunun yanında silah əlinə alıb, partlayıcı maddələrin yerləşdirilməsini öyrənir.

“Uşaqları Xilas Edin” adlı Beynəlxalq Təşkilat bu haqda bir hesabat yayaraq, belə bildirib: “ Suriyada yerləşən terrorçu qruplaşmaların istifadə etdikləri uşaqların sayı günü-gündən artmaqdadır və terrorçular özlərinin şeytani təfəkkürləri ilə suriyalı uşaqları manqurtlaşdırırlar”.

Suriyalı uşaqlar, Suriya böhranının başlanmasından bəri, terrorçuların öz hədəflərini reallaşdırmaq üzrə istifadə etdiklərin hədəflərindən olubdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu