SuriyaXƏBƏRLƏR

“Suriyadakı silahlı ünsürlər Türkiyənin dəstəyi ilə kimyəvi silahlardan istifadə ediblər”

Suriyanın hərbi və strateji məsələləri üzrə tədqiqatçı mayor Yəhya Süleyman bildirib: Əldə olunan faktlar göstərir ki, Suriyadakı silahlı terrorçu qruplaşmalar Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı hökumətlərinin məlumatı ilə bəzi döyüş bölgələrində kimyəvi silahlardan istifadə ediblər.

Mayor Yəhya Süleyman əlavə edib: BMT-yə bağlı İnsan Haqları Şurasında olan fakt və sənədlər silahlı qruplaşmaların Sarin kimyəvi qazlardan istifadə etdiklərini sübut edir.

“Şübhəsiz bu kimyəvi silahlar ya silahlı qruplaşmalara verilib və yaxud da terrorçu qruplaşmaların ünsürləri bu ölkələrin dəstəyi və köməyi ilə bu qazları hazırlayaraq istehsal ediblər. Elə buna görə, bu qazı terrorçu qruplaşmalara verən tərəflər, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı kimi məlum və müəyyən tərəflərdir” –deyə Süleyman söyləyib.

Suriya hərbi və strateji məsələlər üzrə təhqiqatçı bildirib ki, terrorçu qruplaşmalar bu silahlardan Hələbin Xan əl-Əsəl məntəqəsində istifadə ediblər.

Bu təhqiqatçı əlavə edib: Terrorçuları himayə edən hökumətlər, o cümlədən Türkiyə hökuməti Suriya ordusunu kimyəvi silahlarda istifadə etmək bəhanəsi ilə bu ölkəni hədəfə alırlar. Halbuki terrorçular tərəfindən kimyəvi silahlardan istifadə olunması barəsində beynəlxalq təhqiqatın aparılmasını ilk istəyən tərəf Suriya hökuməti idi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu