Qətər xarici işlər naziri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Dohaya qarşı mövqeyinə reaksiyada ölkəsinin müstəqil funksiyasını vurğulayıb.
Livanın Ən-nəşrə xəbər portalının məlumatına görə, Qətər xarici işlər naziri Xalid əl-Ətiyyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn rəsmilərinin bu ölkəyə qarşı son açıqlamalarının beynəlxalq siyasətlər barədə fikir ayrılıqlarından qaynaqlandığını bildirib və deyib: Qətərin xarici siyasət müstəqilliyi müzakirə ediləsi deyildir və özünəməxsus qərar, mövqe və baxışa malik ola bilər.
Ərəbistan, BƏƏ və Bəhreynin Qətərdən öz səfirlərini geri çağırmalarına dair müştərək addımlarından təəccüblənən əl-Ətiyyə əlavə edib: Bu qərarın Fars körfəzi ətrafındakı ərəb ölkələrinin mənafeyinə heç bir əlaqəsi yoxdur. Onun əsas səbəbi Qətərin xarici mövqeləri ilə əlaqədar məsələlərdir.
Ərəbistan, BƏƏ və Bəhreyn ötən çərşənbə günü müştərək bir hərəkətdə Qətəri Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin mənafeyinə zidd istiqamətdə səy göstərməkdə ittiham edərək öz səfirlərini geri çağırıblar.
Siyasi ekspertlərin fikrincə, bu ölkələrin səfirlərini geri çağırmalarının əsas səbəbi Qətərin Misirin prezident seçkilərinin ehtimal üzrə namizədi Əbdülfəttah əl-Sisi qarşısındakı mövqeyini dəyişməsidir. Ərəbistan, BƏƏ və Bəhreyn isə əl-Sisini dəstəkləyirlər.