Fələstin İslami Müqavimət Hərəkatı Həmasın Hərbi Qolunun sözçüsü deyib: Həmasla sionist İsrail rejimi arasındakı gizli və elan edilməmiş müharibə hələ də davam edir.
Sin-Xua Xəbər Agentliyinin Qəzzədən verdiyi məlumata görə Qəssam Batalyonlarının sözçüsü Əbu-Obəyd Qəzzədə bir mətbuat konfransında deyib: Həmasın hərbi qolu son zamanlar Qəzzədə sionist İsrail rejiminin mübariz qruplara qarşı casusluq metodunun bir hissəsini ifşa edə bilib.
Həmas mübarizlərindən bir qrupu cümə axşamı günü gecə Qəzzə ilə sionist rejim sərhədi yaxınlığında yerləşən bir məntəqədə sionist rejim ordusunun qüvvələri ilə toqquşdular ki, bu toqquşma zamanı Həmas mübarizlərindən dörd nəfəri şəhid oldu və 4 sionist əsgər də yaralandı.
Əbu-Obeyd jurnalistlərə verdiyi açıqlaması zamanı sonra deyib: Silahlı toqquşma öncədən planlaşdırılır. Biz son zamanlar sionist İsrail rejiminin fələstinli mübarizlərə qarşı istifadə etdiyi bir casusluq sisteminə nüfuz edə bilmişik. Bu bizim üçün böyük uğurdur.
Həmasın hərbi qolunun sözçüsü sonra deyib: Həmas mübarizləri sionist qüvvələrin Qəzzə Zolağının 250 metr içərisinə daxil olmalarına icazə verdilər. amma Həmas mübarizləri onları pusquya düşürüb, 4 sionist əsgəri yaralaya bildilər.