Suriyanın əl-Rəqqə şəhərinin əhalisi aksiya keçirərək əl-Qaidə qruplaşmasının Suriya qolu olan “əl-Nəsrə Cəbhəsi” terrorçularının bu şəhərdən çıxmalarını tələb edib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, əl-Rəqqə şəhərinin əhalisi Suriya ordusuna dəstək üzrə aksiya keçirib.
Bu aksiya “əl-Nəsrə Cəbhəsi”nə bağlı silahlı terrorçuların bu şəhərin su kontoru obyektlərinə hücumundan sonra baş verib.
Bu yaraqlılar həmçinin bu şəhərin təhsil idarəsinin binasını da qarət ediblər.