DünyaXƏBƏRLƏR

Yəmən xalqı Amerika və sionist İsrail rejiminin müdaxilələri əleyhinə aksiya keçirdirlər

Yəmənin Səədə şəhərinin əhalisi bu şəhərin küçələrində aksiyalar təşkil edərək, Amerika və sionist İsrail rejiminin Yəmənə qarşı müdaxilələrini pislədilər.

Etirazçılar cümə günü Vaşinqton və Təl-əviv rejiminin Yəmənin daxili işlərinə müdaxiləsi əleyhinə geniş etiraz aksiyaları keçirdilər. Həmçinin aksiya iştirakçıları Amerikanın pilotsuz təyyarələrinin Yəməndəki hücumları barədə öz qəzəblərini nümayiş etdirdilər.

Bu elə bir haldadır ki, Amerika, bu ölkənin Yəmənə qarşı pilotsuz təyyarələrinin hücumlarının artmasına görə kəskin tənqidlərə məruz qalıb və bu ölkə xalqı indiyə qədər özlərinin milli hakimiyyətlərinin pozulmasını pisləmək məqsədli olan bir çox aksiyalar təşkil ediblər.

Cümə günü Yəmənin Səədə şəhərində keçirilmiş aksiyalar zamanı, aksiya iştirakçıları Yəmən hökumətinə qarşı da şüarlar səsləndirdilər.

Etrazçılar “ Yəmən xalqı bu rejimin devrilməsini istəyir” fəryadını səsləndirirdilər.

Yəmən xalqı 2011-ci ilin əvvəllərindən bəri daim bu ölkə rejimi əleyhinə aksiyalar təşkil edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu