Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Dr. Möhsün Səmədovua vəkili ilə görüşməyinə imkan verilmir.
Vəkil Anar Qasımlı bildirib ki, növbəti görüş üçün lazım olan məktubu və orderin surətini Penitensiar Xidmətə göndərib, amma Penitensiar Xidmət cavab məktubunu poçtla göndərmək bəhanəsi ilə görüşə əngəl törədir.
Vəkil bildirib ki, cəzaçəkmə müəssisələrində tətbiq olunan yeni qaydaya görə, vəkillər hər dəfə müvəkkili ilə görüşmək üçün Penitensiar Xidmətə məktub və vəkillik orderinin surətini göndərməlidir və bu isə qanunsuz bir tələbdir.
Anar Qasımlı bildirib ki, artıq üç aydan artıqdır ki, Hacı Möhsün Səmədovla görüşə bilmir.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, əslində məktəblərdə hicab qadağasını tənqid etdiyinə görə, və zahirdə hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum olunub.