AzərbaycanDünyaXƏBƏRLƏR

Novruz adətləri

Novruz farsca olan kəlmədir ki, yenilənmə və yenilənmiş gün mənasındadır.

Yəni qış fəslinin sona çatması, baharın başlanğıcı və yeni hicri şəmsi ilinin başlanması. Havanın vəziyyəti və temperaturunun dəyişməsi və ilin dəyişməsinin uzun keçmişlərdən insanlar üçün xüsusi əhəmiyyətə malik olmasına görə, bu hadisə şənliklə qeyd olunurdu. Novruz şənliyi soyuq havanın sona çatmasına, əkinçilik və fəaliyyətin habelə yaşıllıqlar və güllərin göyərməsinin başlanmasına görə Allah-Taalaya şükür etmək məqsədilə elə qədim zamanlardan tam əzəmətlə keçirilirmiş.

İnsanlar arasında Novruz həyatın başlanması, təbiətin oyanışı və yaşayışın yeni fəslinin başlanmasıdır. Novruz insanlar arasında simvolik olaraq, küdurətlər və qaranlıqları çölə atmaq üçün bir başlanğıcdır.

İranda Novruz mərasimləri

Çərşənbəsuri

Çərşənbəsuri Novruz və yeni hicri şəmsi ilinin pişvazına gedən mərasimlərdən biridir ki, Novruzu qarşılamaq üçün keçirilir. Novruz bayramı ərəfəsində ilin son çərşənbəsi Axır Çərşənbə yaxud Torpaq Çərşənbəsi adı ilə də adlanır. İlin son çərşənbəsində təbiətin sonuncu elementi yəni torpağın canlanması ilə yer, əkinçilik üçün hazırlaşır və insanlar yoxsulluq, qıtlıq və çətinliklərdən xilas olmaq üçün ikiqat güc və qüdrətə malik olurlar. Çərşənbəsuri də xüsusi oyunlar və yeməklər tədarük edilir ki, onlardan ən məşhuru yumurta boyamaq və yumurta toqquşdurmadır.

Mir-e Novruzi( Kosa-kosa)

İranda Novruz mərasimlərindən biri Mir-e Novruzi ya Kosa-Kosadır ki, zarafat və əyləncə məqsədilə bir hökmdar və əmir seçilir. onun rəftarları və göstərişləri yumor xarakterlidir və şənliyin sonunda xalqın əziyyət verməsinin qorxusundan bu hökmdar qaçmağa məcbur olur.

 

Vəfat edənlərə fatihə və son cümə axşamı günü

Novruzun gəlişindən öncə həyata keçirilən qədim adət-ənənələrdən biri vəfat edənlərin yad edilməsi və onların məzarlarını ziyarət etmək, onlara fatihənin oxunmasıdır. Xalq ilin son cümə axşamı günündə vəfat edənlər habelə şəhidlərin məzarları üstünə gedirlər və yeməklər aparıb, ehsan olaraq xalqa paylayırlar. Əksər şəhər və kəndlərdə qədim adət-ənənə olaraq xalq hicri şəmsi ilinin son cümə axşamı günü qəbir üstünə gedir.

 

Evdə təmizlik işlərinin aparılması
Novruz bayramı ərəfəsində İranda əksər evlərdə təmizlik işlərinə başlayırlar. Novruzun gəlib çatması münasibətilə İranda evlərdə hər şey təmizlənir, yuyulur, yeni ləvazimatlar alınır, təmir işləri aparılır, xalçalar , geyimlər yuyulur və təmizlənir.  3, 4 həftə davam edən evlərdəki təmizlik işlərində evlərdə olan bütün ləvazimatlar yenilənir, təmir edilir və təmizlənir.

 

Səməni yetişdirmək

Qış fəslinin son ayı olan isfənd ayı taxıl göyərdilməsi və səməninin yetişdirilməsi zamanıdır. Bayram səmənisinin göyərdilməsi qədim zamanlardan simvolik olaraq ümumiyyətlə bütün ailələrdə və evlərdə həyata keçirilir.

 

Həftsin söfrəsi

İranda qədim bir dəb və inanc vardır ki, bütün ailə üzvləri ilin təhvil olunması zamanı( günəşin Həməl Bürcünə daxil olması an) öz evlərində Həftsin( s hərfi ilə başlanan maddələrdən toplanan süfrə) süfrəsinin kənarında toplaşırlar. Həftsin-in ağ rəngli süfrəsində 7 göyərən və ərzaq məhsulları olan maddə vardır ki, farscada “ s” sözü ilə başlanır. Bu məsələ kənd təsərrüfatları üçün bolluq simvoludur. Bu süfrədə alma, səməni, idə, sumaq, sarımsaq, sirkə və bunlara oxşar ərzaq məhsulları olur. Bundan əlavə Həfsin Süfrəsində ayna, süd, içərisində narınc olan suqabı, boyadılmış yumurta, ayna üstündə yumurta , qırmızı balıq , çörək, göyərti, gülab, gül, sünbül, sikkə və müsəlmanların dini kitabı Qurani-Kərim də mövcud olur. Bu süfrə əksər evlərdə Sizdəh-bedər günü yəni fərvərdinin 13-cü gününə qədər davam edir.

 

Geyimlərin yenilənməsi

Novruz mərasimlərində yeni geyimlərin geyilməsi demək olar ki, bütün xalq tərəfindən həyata keçirilir. Yeni ilin təhvili zamanı Geyimin hazırlanması həm yoxsul həm varlısını özünə məşğul edir. ənənəvi ictimaiyyətlərdə yoxsullar xüsusilə onların uşaqları üçün təzə geyimin alınması son dərəcə zərurət daşıyan bir dəbdir.

Novruz görüşləri

Novruzda həyata keçirilən mərasimlərdən biri qohum-əqrəba və ailə üzvləri arasında görüşlərin həyata keçirilməsidir. Dəbdir ki, Novruz günü ilk olaraq, böyüklərin və elmi və ictimai şəxsiyyətlərin görüşünə gedilir. Bayram görüşlərinin əksərində ailənin bütün üzvləri iştirak edirlər.

Birinci Novruz
Novruz görüşləri zamanı belə bir dəb də vardır ki, birinci olaraq, qara bayramları olan ailənin görüşünə gedilir.

 

Novruz hədiyyəsi yaxud bayramlıq
Novruz münasibəti ilə hədiyyə və bayramlıq vermək qədim dəblərdəndir. Tarixi kitablarda( həm İslam dinindən öncə və həm islam dinindən sonra ) Novruz münasibətilə böyük miqdarda hədiyyələrin verilməsi barədə çoxlu hallara rast gəlmək olar. Rəiyyət tərəfindən hökmranlara , padşahlar tərəfindən vəzirlərə, və hökmdarın işçilərinə və şairlərə habelə ailənin böyükləri tərəfindən kiçiklərə xüsusilə uşaqlara hədiyyələrin və bayramlığın verilməsi qədim zamanlardan Novruz zamanı dəb olan adət-ənənələrdəndir.

 

Novruz Bayramı üçün təbrik kartı
Novruz Bayramı və şənliyi münasibəti ilə məktublar vasitəsilə ilə təbrik etmək, qədim adət-ənənələrdəndir. Hazırda sms və ya elektron poçt məktubları vasitəsilə təbriklərin göndərilməsi yeni əsirdə dəb olan adət-ənənələrdəndir.

 

Sizdəh-bedər

Sizdəh-bedər fərvərdin ayının 13-cü günü və Novruz şənliklərindəndir. İranın rəsmi təqvimində bu gün “Təbiət Günü” adı ilə adlanıb və rəsmi istirahət günlərindəndir. Bəziləri belə inanırlar ki, bu günün nəhsliyini qovmaq üçün evdən eşiyə getmək və bu günü təbiətdə yaşamaq lazımdır.

14 fərvərdin

Həqiqətdə 14 fərvərdin yeni ildə iş günlərinin başlanması günüdür. İlk və orta məktəblər, universitetlərin yeni ildəki birinci günü və fəaliyyətlərin bir çoxu bu gündən başlanır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu