Suriya parlamentinin üzvü ABŞ və müttəfiqlərinin Suriyaya hücum edəcəkləri təqdirdə İsrailin hərbi hücumların hədəfinə çevriləcəyini bildirib.
Şərif Şəhadə əl-Aləm kanalı ilə müsahibədə Suriyanın beynəlxalq qanunlar və müqavilələrə sadiq olduğunu deyərək, vurğulayıb: Dəməşq kimyəvi silahlarla bağlı beynəlxlaq təhqiq qrupunun araşdırmalarının tezi bir zamanda yekunlaşmasını istəyir və elə buna görə də öz qapılarını beynəlxalq təhqiqat qrupunun üzünə açıb. Amma, onlar bilməlidirlər ki, Suriya hakimiyyəti və müstəqilliyi bu ölkənin qırmızı xəttidir.
O, beynəlxalq təhqiq qrupunun bitərəf olmasına şübhə ilə yanaşdığını deyərək, əlavə edib: İraq, Liviya və bir çox dünya ölkələrində bu kimi təcrübələr göstərib ki, bu komitələr həqiqətləri üzə çıxartmır. Necə ki, İraqda kütləvi qırğın silahları ilə bağlı araşdırmaların nəticələri ilə bağlı rüsvayçılıq sonradan üzə çıxdı. Halbuki, bu araşdırmaların nəticələri 2003-cü ildə İraqa hücum ilə nəticələnmişdi.
Suriyalı deputat Qərbin Suriyaya təcavüz ehtimalı haqda da deyib: Biz istənilən təhdid qarşısında hazır olmalıyıq. Eyni zamanda biz xəbərdarlıq edirik ki, Suriyaya qarşı istənilən hücum region üçün dəhşətli nəticələrə gətirib çıxardacaq.
O, əlavə edib: Suriyaya hücum edilərsə, region müharibə odunda yanacaq. Çünki, bu ölkə regionda və regiondan kənarda müttəfiq ölkələrə malikdir.
Şərif Şəhadə sonra deyib: Suriyaya hücum edilərsə, İsrail Dəməşq və digər ölkələrin hədəfinə çevriləcək.
